525.Az

İrəvanda fərarilikdə şübhəli bilinən rusiyalı saxlanılıb


 

İrəvanda fərarilikdə şübhəli bilinən rusiyalı saxlanılıb<b style="color:red"></b>

Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşı fərarilikdə şübhəli bilinərək saxlanılıb.

525.az bu barədə “Report”a istinadən xəbər verir.

Bildirilib ki, 23 yaşlı rusiyalı Yuri T. fərarilik ittihamı ilə saxlanılıb. O, Rusiya təhlükəsizlik qüvvələri tərəfindən axtarışa verilmişdi.

Yuriyə qarşı “hərbi nəzarət” qətimkan tədbiri seçilib. Saxlanılması barədə Ermənistan prokurorluğu və axtarışın təşəbbüskarları olan Rusiya təhlükəsizlik qüvvələri məlumatlandırılıb.

Bu, yəqin ki, müharibə başlayandan bəri Rusiyada fərariliyə görə axtarışa verilmiş adamın Ermənistan polisi tərəfindən ilk saxlanmasıdır.

 





09.04.2023    çap et  çap et