525.Az

İranda 7 nəfərin ölümündə şübhəli bilinən şəxs edam cəzasına məhkum edilib


 

İranda 7 nəfərin ölümündə şübhəli bilinən şəxs edam cəzasına məhkum edilib<b style="color:red"></b>

İranın Xuzistan əyalətinin İze şəhərində 9 yaşlı Kiyan Pirfələk də daxil olmaqla 7 nəfərin ölümü ilə nəticələnən hücumu törətməkdə şübhəli bilinənlərdən biri Abbas Kürkuri edam cəzasına məhkum edilib. 

525.az İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına əsasən bildirir ki, İze şəhərinin İnqilab Məhkəməsi 9 yaşlı Kiyan Pirfələkin də olduğu 7 nəfərin öldürüldüyü hücumla bağlı qərar verib. 

Xəbərdə noyabrın 16-da baş verən silahlı hücumun əsas səbəbkarlarından biri olduğu bildirilən Abbas Kürkurinin işinə Əhvaz İnqilab Məhkəməsində baxıldığı bildirilib. Təqsirləndirilən şəxs və vəkilinin iştirak etdiyi iclasda Kürkuriyə ölüm hökmü verildiyi və qərardan apellyasiya şikayəti üçün yolların açıq olduğu bildirilib. 

Kürkuri "insanları öldürmək üçün silah çəkmək", "yer üzündə fitnə-fəsad törətmək", "silah çəkərək qorxuya səbəb olmaq", "ictimai asayişi pozmaq", "ictimai və şəxsi əmlaka ziyan vurmaq", "qiyamçı qruplaşma yaratmaq" kimi cinayətlərlə ittiham edilib.

Malik Atilay

 





10.04.2023    çap et  çap et