525.Az

ABŞ-də evsizləri metrodan uzaqlaşdırmaq üçün maraqlı üsul


 

ABŞ-də evsizləri metrodan uzaqlaşdırmaq üçün maraqlı üsul<b style="color:red"></b>

ABŞ-də evsizləri metro stansiyasından uzaqlaşdırmaq üçün maraqlı üsul tətbiq edilib. 

525.az xarici mediaya istinadən xəbər verir ki, Los-Anceles, Kaliforniyadakı Westlake/MacArthur Park metro dayanacağında evsizləri metro stansiyasından uzaqlaşdırmaq üçün klassik musiqi səsləndirilməyə başlanılıb. Dayanacaqda gözləyən sərnişinlər Bethoven, Vivaldi, Motsart kimi ustaların əsərlərini dinləyirlər. Sosial şəbəkələrdə isə musiqinin çox yüksək olması ilə bağlı tənqidlər yayılmağa başlayıb. 

Evsizlərin metro stansiyalarından getməsi üçün əlavə edilən işıqlar da reaksiyaya səbəb olub. Digər tərəfdən Los Anceles Metropoliteninin rəsmiləri klassik musiqinin hüquq-mühafizə orqanları ilə yanvar ayında başlayan pilot proqramın bir hissəsi olduğunu bildiriblər. Klassik musiqi və əlavə işıqlarla yanaşı, proqram stansiyalarda təhlükəsizlik kameralarının və polis əməkdaşlarının sayını artırıb. 

"Biz istəyirdik ki, stansiyamızda sərnişinlər qısa müddətlik rahat olsun, lakin saatlarla dayanmaq üçün uyğun deyil", - açıqlamada deyilib.

Los Angeles Metrosunun mətbuat katibi Dave Sotero, musiqinin çox yüksək olmadığını bildirib. Sotero stansiyada səsin 72 desibelə çatdığını və çöldə gəzərkən eşidilən səs-küydən daha sakit olduğunu iddia edib. Stansiyaya gedən "Los Angeles Times" qəzeti musiqinin 83 desibeldə çaldığını, bəzi yerlərdə isə 90 desibelə çatdığını müəyyən edib.

Malik Atilay

 





10.04.2023    çap et  çap et