|
|
|
|
Yeni bir araşdırmaya görə, Braziliyanın Amazon tropik meşələrindəki təbii ehtiyatlarda çirklənmiş havanı udmaqla hər il 15 milyondan çox xəstəlik halının qarşısı alır.
525.az xəbər verir ki, nəticələri “Nature” jurnalında dərc olunan onillik araşdırmada diqqət Amazon tropik meşələrinin meşə yanğınlarının törətdiyi çirkləndiricilərin insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasına verdiyi töhfəyə yönəldilib.
Tədqiqat göstərib ki, Amazon meşələri çirkli havanı udmaqla hər il 15 milyondan çox xəstəliyin qarşısını ala bilir. Amazon meşələri sayəsində tənəffüs və ürək-damar xəstəliklərinin müalicəsi ilə bağlı sağlamlıq xərclərinə ildə təxminən 2 milyard dollar qənaət edildiyi proqnozlaşdırılır.
Tədqiqata görə, Amazon yerliləri torpaqlarını başqaları tərəfindən törədilən yanğınlardan qoruyaraq minlərlə potensial ölümcül xəstəliyin qarşısını almağa kömək edir. "Dünyadakı meşələrin yanğından gələn çirkləndiriciləri yarpaqları vasitəsilə udduğu bilinir, lakin biz ilk dəfədir ki, tropik meşələrin bunu etmək qabiliyyətinə dair fikir əldə edirik", - tədqiqatın aparıcı müəllifi Paula Prist deyib.
Nəticələr göstərir ki, Amazon tropik meşələri hər il 26 000 metrik ton hissəcikləri udmaq qabiliyyətinə malikdir və bu dünyada bütün zərərli udulmanın 27 faizini təşkil edir.
Malik Atilay