|
|
|
|
NASA kosmosdan hava çirkliliyinə nəzarət edəcək. Bunun üçün kosmosa cihaz buraxılıb. Orbitə çıxdıqdan sonra cihaz Puerto-Rikodan Kanadaya qədər hər saat havanın keyfiyyətini ölçəcək.
525.az xəbər verir ki, Amerika Aerokosmik Agentliyinin (NASA) havanın çirklənməsinə nəzarət edən cihazı ABŞ-nin "SpaceX" şirkəti tərəfindən buraxılıb. Cihaz Şimali Amerika qitəsində havanın çirklənməsinə nəzarət edəcək. Belə ki, qısaldılmış adı TEMPO olan Troposfer Emissiyalarının Çirklənməsi Cihazı ABŞ-nin Florida ştatındakı Keyp Kanaveral Kosmik Stansiyasından orbitə uğurla buraxılıb. Orbitə tam yerləşdirildikdən sonra cihaz, Puerto-Rikodan Kanadaya qədər hər saat havanın keyfiyyətini ölçəcək.
Qeyd edək ki, TEMPO-nun NASA-ya ümumi dəyərinin təxminən 210 milyon dollar olduğu bildirilib.
Məhəmməd Tağıyev