525.Az

ABŞ-də yerli qəbilə və hökumət 150 milyon dollara razılaşıb


 

ABŞ-də yerli qəbilə və hökumət 150 milyon dollara razılaşıb<b style="color:red"></b>

ABŞ-nin Arizona ştatında yerli qəbilə 150 ​​milyon dollar və regionda boru kəməri layihəsinin maliyyələşdirilməsi müqabilində Kolorado çayından istifadə hüququnun bir hissəsindən imtina etmək barədə hökumətlə razılaşıb. 

525.az xəbər verir ki, Arizona ştatının Phoenix şəhərində Gila River Hindu İcması ilə əldə olunan razılaşmaya əsasən, ABŞ hökuməti bölgədəki kənd təsərrüfatı sənayesi və Kolorado çayının qorunması üçün 233 milyon dollar vəsait ayıracaq. Fondun 150 milyon dollarının yerli qəbilələrin hüquqlarından imtinası müqabilində veriləcəyi, 83 milyon dollarının isə boru kəməri layihəsi üçün istifadə ediləcəyi açıqlanıb. 

ABŞ Daxili İşlər nazirinin köməkçisi Tommy Beaudreau hinduların mühüm tərəfdaş olduğunu qeyd edərək: "Bugünkü elan və Gila çayı Hindu İcması kimi yerli qəbilələrlə tərəfdaşlığımız göstərir ki, bu tayfalar həll yollarının mühüm hissəsidir", - deyib. ABŞ hökuməti, həmçinin quraqlıqla mübarizə üçün 4 milyard dollar ayıracağına söz verib. Kolorado çayından istifadə edən fermerlər, o cümlədən yerli Amerika qəbilələri, tarlalarını becərməmək müqabilində hökumətə bu pulun bir hissəsini onlara paylamağı təklif ediblər.

Malik Atilay

 





10.04.2023    çap et  çap et