525.Az

Qəribə "külək dənizçiləri" Kaliforniya sahillərində görülüb


 

Qəribə "külək dənizçiləri" Kaliforniya sahillərində görülüb<b style="color:red"></b>

Minlərlə kiçik çəngəlli meduzaya bənzəyən mavi canlının ABŞ-nin Orinc sahilləri də daxil olmaqla Kaliforniya sahillərində görüldüyü bildirilib. 

525.az xarici mediaya istinadən xəbər verir ki, ekoloji turizm agentliyi olan "Dana Wharf Whale Watching" suda "külək dənizçiləri" kimi tanınan yüzlərlə canlı görüldüyünü bildirib. 

Elmi olaraq Velella kimi tanınan bu canlılar Kaliforniyadakı Point Reyes Dənizkənarı milli parkına görə meduzalarla eynicinsli sayılırlar. Bunlar; meduza və mərcanların da aid olduğu Cnidaria (Cnids) adlı heyvanlar qrupuna aiddir. Milli parkın keçən həftə "Facebook"da paylaşdığı bir yazıya görə, Velella küləyi tutmaq üçün düz, oval gövdəsi üzərində dik duran şəffaf "yelkən" istifadə edərək açıq okeanda üzən poliplər toplusudur. 

Alimlər deyirlər ki, bu orqanizmlər yazda və yayın əvvəlində güclü külək onları sahilə itələdikdə çimərliklərə düşür. Bədənlərinə bağlanan yelkənlər bu canlıların küləyə tutulmasına və suyun səthindən süpürülməsinə səbəb olur. Bu səbəbdən də milli parkda bu canlıların xalq arasında “külək dənizçiləri” adlandırılıb. İnsanları sancmayan bu canlıların yemək üçün heyvan plankton və ya balıq yumurtalarını toplamaq üçün istifadə etdikləri çadırları var.

Malik Atilay

 





11.04.2023    çap et  çap et