525.Az

Tanınmış aparıcının ailəsində faciə baş verib


 

Tanınmış aparıcının ailəsində faciə baş verib<b style="color:red"></b> Dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb.

Jurnalist Rey Kərimoğlunun 525.az-a verdiyi məlumata görə, yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Bu gün Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər.
 
Şənbə günün Bakıda yas mərasimi olacaq.
 
Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.
 
Allah rəhmət eləsin!
 





17.07.2014    çap et  çap et