525.Az

Qadını motosiklet vurub


 

Qadını motosiklet vurub<b style="color:red"></b>

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Aslanova Yeganə İdris qızı yolu keçərkən onu motosiklet vurub.

Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

 





12.04.2023    çap et  çap et