525.Az

Göygöl sakini avtomobilləri yandırmaqda şübhəli bilinir


 

Göygöl sakini avtomobilləri yandırmaqda şübhəli bilinir<b style="color:red"></b>

Göygöl sakini “BMW” və “Porsche”ni yandırmaqda şübhəli bilinir.

525.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində “BMW” və “Porsche” markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib.

YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb. Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 





12.04.2023    çap et  çap et