525.Az

Qızıl və gümüş daha da bahalaşıb


 

Qızıl və gümüş daha da bahalaşıb<b style="color:red"></b>

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,75% artaraq, 2 034,1 ABŞ dollarına bərabər olub.

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 1,45% artaraq, 25,55 dollar təşkil edib.

 





12.04.2023    çap et  çap et