525.Az

1200-dən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub


 

1200-dən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 77 687 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

525.az-a bu barədə Nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 12820 nəfəri “Əmək və məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən münasib vakansiyalar üzrə işlə təmin edilib. 1245 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Yanvar-mart aylarında 2190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 432 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

 





12.04.2023    çap et  çap et