525.Az

40 dərəcə isti olacaq


 

40 dərəcə isti olacaq<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti əsasən yağmursuz olacaq,  şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.  Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə arasında olacaq.
 
 
Sabah Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz keçəcək, lakin bəzi şimal qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
 
 
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38 dərəcə, bəzi yerlərdə isə 40 dərəcə olacaq. Dağlıq ərazilərdə gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı ehtimal olunur.
 





17.07.2014    çap et  çap et