525.Az

Elmar Hüseynovun xatirəsi anılıb


 

Elmar Hüseynovun xatirəsi anılıb<b style="color:red"></b>

İyulun 17-si jurnalist Elmar Hüseynovun doğum günüdür. Bu münasibətlə həmin gün ailə üzvləri, bir qrup media nümayəndəsi və ictimai-siyasi fəal onun məzarını ziyarət ediblər.

“Media forum” saytının məlumatına görə, anım mərasimi bir saata yaxın davam edib.

Elmar Hüseynovun məzarı başında çıxış edən Mehman Əliyev, Rövşən Hacıbəyli, Emin Hüseynli və Xalid Ağalıyev mərhum jurnalistin Azərbaycan mətbuatındakı rolundan, onun qətlinin üstünün açılmamasından, çağdaş medianın durumundan danışıblar.

1967-ci il iyulun 17-si Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını nəşr edib.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. İndiyədək qətlin nə icraçıları tapılıb, nə də sifarişçiləri.

 

 





17.07.2014    çap et  çap et