525.Az

Əfsanəvi boksçu Frank Bruno: "Azərbaycanlı məcburi köçkün və qaçqınlar doğma yurdlarına qayıtmalıdırlar"


 

Əfsanəvi boksçu Frank Bruno: "Azərbaycanlı məcburi köçkün və qaçqınlar doğma yurdlarına qayıtmalıdırlar" <b style="color:red"></b>

Son 30 ildə Böyük Britaniyanın ən uğurlu məşhur idmançılarından biri kimi tarixə düşən, 1985-ci ildə EBU versiyası üzrə Avropa çempionu (ağır çəkili kateqoriya), 1995-96- illərdə isə WBC versiyası üzrə dünya çempionu (ağır çəkili kateqoriya) olmuş Frank Bruno bu yaxınlarda Şərqi London boks idmanının vətəni sayılan "York Hall" mərkəzində xeyriyyə məqsədilə mühüm boks yarışının fəxri qonaqlarından biri olub.  Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, xeyriyyə matçında Azərbaycanın idman şərəfini qoruyan "Qəbələ" İdman Klubunun boksçuları ev sahibi "Repton" klubuna qarşı mübarizə aparıblar.

Yoldaşlıq görüşünü keçirməkdə məqsəd "Mo Farah" fonduna  10 min funt məbləğində vəsait toplanması ilə yanaşı, "Many Happy Returns" MHR kampaniyasının www.manyhappyreturnsidp.com dəstəklənməsi üçün təbliğat aparmaq olub. Bu kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 1 milyona yaxın azərbaycanlı qaçqın məcburi köçkünün acınacaqlı həyatı haqqında həqiqətləri çatdırmaqdır.

Frank Bruno bildirib ki, MHR kampaniyasını qəlbinə yaxın hiss edir: "Azərbaycanlı məcburi köçkün qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar".

MHR kampaniyasının başlığı "Many Happy Returns" ingilissayağı təbrik mesajının əsasında seçilib ki, bu eyni zamanda öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. İnternet səhifəsində məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3- yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.

MHR internet səhifəsi həm öz istifadəçilərinə "Dünya Qaçqınlar Günü"nün əvəz edilib "Dünya Qaçqın Məcburi köçkünlər günü" kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.

Qeyd edək ki, Frank Bruno 45 dəfə peşəkar arenaya çıxıb, onun 40-da qalib gəlib. Bu qarşılaşmaların 38- rəqibini nokauta salıb 3 dəfə Las Veqasda Mayk Taysonla döyüşüb. Bruno karyerası boyunca təhlükəli zərbələri, çevikliyi idmana centlmencə yanaşması ilə məşhurlaşıb.

Təqaüdə çıxdıqdan bəri Frank Bruno bir çox xeyriyyə tədbirlərində fəal iştirak edib, o cümlədən 3 marafonu başa vurub "Şanon Bredşou" Xeyriyyə Fondunun hamisi kimi fəaliyyət göstərib. O, həm ruhi xəstəliklər bunun nəticəsində yaranan fəsadları azaltmaqla bağlı maarifləndirmə işlərinin aparılması üçün çox görüb.

 





17.07.2014    çap et  çap et