525.Az
Özünü sevgilisinin evində öldürdü
Bakıda intihar hadisəsi baş verib.
Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini, 1970-vi il təvəllüdlü Skoraboqatov Yan Valeriyeviç özünü Hövsan qəsəbəsində, Kaspar bağları adlanan yaşayış massivindəki 206 saylı həyətdə öldürüb. Bildirilir ki, ev Y.Skoroboqatovun qeyr-rəsmi nikahda yaşadığı Larisa adlı qadına məxsus olub. Burada yaşayan 44 yaşlı kişi həyətdəki çardaqda özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
17.07.2014
çap et