525.Az

Vəkili İlham Mirzəyevlə görüşüb


 

Vəkili İlham Mirzəyevlə görüşüb<b style="color:red"></b>

Vəkil Adəm Məmmədov həbsdə olan teleaparıcı İlham Mirzəyevlə görüşüb.

Bu barədə APA-ya məlumat verən A. Məmmədov bildirib ki, İ. Mirzəyevin səhhətində ciddi problemlər var: “Onun bel və boyun nahiyəsində yırtıqlar var. Həbsdə xəstəliyi daha da şiddətlənib. Özünü yaxşı hiss eləmir”.
 
Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 





17.07.2014    çap et  çap et