525.Az

FTB: İctimai enerji doldurma stansiyaları zərərli proqramlar üçün istifadə edilir


 

FTB: İctimai enerji doldurma stansiyaları zərərli proqramlar üçün istifadə edilir<b style="color:red"></b>

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) xəbərdarlıq edib ki, ictimai enerji doldurma stansiyaları kibercinayətkarlar üçün cihazları zərərli proqramlarla yoluxdurmaq üçün alətə çevrilib. 

525.az "Dailymail"in xəbərinə əsasən bildirir ki, FTB-dən verilən açıqlamada pulsuz şarj stansiyalarının kibercinayətkarların hesaba giriş məlumatları, parollar, kredit kartı məlumatları və fotoşəkillər kimi cihazlardan şəxsi məlumatları oğurlaması üçün "silah" halına gəldiyi bildirilib. 

İnsanların cihazlarını pulsuz stansiyalara qoşmaması lazım olduğu bildirilən elanda onların əvəzinə yanlarında öz şarj cihazlarını və ya USB kabellərini daşıyaraq enerji doldurmaları çağırışı edilib.

Malik Atilay

 





13.04.2023    çap et  çap et