525.Az

"ChatGPT"ə "Alibaba"dan rəqib: "Tongyi Qianwen"


 

"ChatGPT"ə "Alibaba"dan rəqib: "Tongyi Qianwen"<b style="color:red"></b>

Çinin texnologiya nəhəngi Alibaba, "ChatGPT"ə bənzər süni intellekt chatbotu "Tongyi Qianwen"i işə salmağı planlaşdırdığını açıqlayıb. 

525.az xəbər verir ki, şirkətin hesablama bölməsi chatbotun “yaxın gələcəkdə” Alibaba sistemlərinə inteqrasiya olunacağını bildirsə də, vaxt qrafiki təqdim etməyib. 

Şirkət "Tongyi Qianwen"in iclaslardakı çıxışları yazılı qeydlərə çevirmək, elektron məktublar yazmaq və iş təklifləri hazırlamaq kimi bir sıra vəzifələri yerinə yetirəcəyini açıqlayıb. Son aylarda bütün dünyada texnologiya şirkətləri öz süni intellekt chatbotlarını təqdim ediblər. 

Alibaba da bu ilin əvvəlində "ChatGPT"ə rəqib təqdim edəcəklərini açıqlamışdı. İngilis versiyası hələ açıqlanmayan "Tongyi Qianwen" təxminən "min sual soruşmaq və cavab axtarmaq" kimi tərcümə olunur.

Malik Atilay

 





13.04.2023    çap et  çap et