"Monako" klubu Madrid "Real"ının transfer hədəfində olan Xames Rodriqesi komandada saxlamaq niyyətindədir.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Fransa klubu bu məqsədlə futbolçunun təzminat qiymətini yüksəldib.
"Monako" rəhbərliyi "DÇ-2014"ün bombardiri olan kolumbiyalı futbolçunun transferi üçün "kral klubu"ndan 90 milyon avro tələb edir. "Real"ın Rodriqes üçün bu məbləği ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Rodriqes ötən mövsüm "Monako"nun heyətində keçirdiyi 38 oyunda 10 qol vurmaqla komandasının çempionatı ikinci pillədə başa vurmasında böyük rol oynayıb.
çap et