525.Az

Arif Əmrahoğlu işə çıxmağa hazırlaşır


 

Arif Əmrahoğlu işə çıxmağa hazırlaşır<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas alim Arif Əmrahoğlunun səhhətindən yeni məlumat var.

AYB mətbuat xidmətinin katibi Xəyal Rza “Media forum” saytına 17 iyul açıqlamasında Arif Əmrahoğlunun vəziyyətinin qənaətbəxş olduğunu deyib: “Tez-tez telefon əlaqəsi saxlayıram. Müalicəsini davam etdirir, yaxında işə çıxacağını deyir. Evindədir. Bakıdakı Milli Onkologiya Mərkəzinə gedib-gəlirdi. Əməliyyata ehtiyac olub-olmadığına sonra qərar veriləcək. Hazırda vəziyyəti normaldır, əvvəlki müalicələri davam edir”.

Arif Əmrahoğlunun mədəsində problem var.

1954-cü ildə Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olan Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir.

“Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifi, Anton Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Mirzə Fətəli Axundovun Moskvada rus dilində nəşr olunan  “Seçilmiş əsərləri”nin tərtibçisidir.

Ədəbiyyatşünas alim uzun illərdir Bakı Dövlət Universitetinin müəllimidir.

 





17.07.2014    çap et  çap et