525.Az

İsrail XİN başçısı atəşkəs razılaşması ilə bağlı məlumatı təkzib edib - Yenilənib


 

İsrail XİN başçısı atəşkəs razılaşması ilə bağlı məlumatı təkzib edib - <b style="color:red">Yenilənib</b>

 İsrail xarici işlər naziri Aviqdor Liberman HAMAS-la atəşkəs şərtlərinin razılaşdırıldığı barədə məlumatı təkzib edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, A.Liberman məsələ ilə bağlı İsrail baş naziri ilə söhbət etdiyini bildirib.

“Atəşkəslə bağlı razılıq əldə olunmayıb. Hələlik atəşkəsdən çox uzağıq”, - deyə o vurğulayıb.

*** 17:12

İsrail və HƏMAS nümayəndələri atəşkəs şərtləri ilə bağlı razılığa gəliblər.

APA-nın məlumatına görə, bu haqda Qərb mətbuatının İsrail rəsmilərinə istinadən yaydığı xəbərdə deyilir.
 
Atəşkəs razılaşmasının iyulun 18-də səhər saatlarında qüvvəyə minəcəyi bildirilir.

 





17.07.2014    çap et  çap et