525.Az

Elmar Məmmədyarov Riçard Morninqstarı qəbul edib


 

Elmar Məmmədyarov Riçard Morninqstarı qəbul edib<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülmüş işlər müzakirə edilib və bir sıra sahələrdə əməkdaşlıq prespektivlərinə dair fikir mübadiləsi aparılıb.
 
E. Məmmədyarov R. Morninqstara gələcək fəaliyyətində uğurlar arzulayıb.

 





17.07.2014    çap et  çap et