Qadınların hicab taxmaq öhdəliyinə əməl etmədikləri üçün İranda son 24 saat ərzində 150-dən çox iş yeri bağlanıb.
525.az APA-ya istinadən xəbər verir ki, bağlanma polisin müşahidə kameraları və üztanıma texnologiyasından istifadə edərək qanunu pozan qadınlara qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.
İranda qadınların ictimai yerlərdə hicab taxması tələbi 1979-cu il İslam İnqilabından qısa müddət sonra qanunla təsbit edilib.
"Təəssüf ki, polis 137 mağaza və 18 restoran və iş yerini geyim qaydalarına riayət etmədiyi üçün bağlamalı olub" - Təsnim xəbər agentliyi polis sözçüsündən sitat gətirib.
çap et