525.Az

Neft cüzi ucuzlaşıb


 

Neft cüzi ucuzlaşıb<b style="color:red"></b>

Dünya bazarında neft qiymətləri cüzi azalıb, ümumilikdə sabitlik nümayiş etdirib.

525.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun füçersləri 0,03 % ucuzlaşaraq 1 bareli 86,28 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,05 % düşüb və 1 bareli 82,38 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ-ın Energetika Nazirliyinin ölkədə may ayı üzrə neft hasilatı ilə bağlı proqnozunu açıqlamasını gözləyirlər.

 





17.04.2023    çap et  çap et