525.Az

Ucarda çaqqal kənd sakininə hücum edib


 

Ucarda çaqqal kənd sakininə hücum edib<b style="color:red"></b> Ucarda vəhşi heyvanlar kənd sakinlərinə hücum edib.
 
APA-nın məlumatına görə, hadisə rayonun Qazyan kəndində baş verib.
 
Kənd sakini, 44 yaşlı Qasımov Muğdət Nüsrət oğlu həyətyanı sahədə təmizlik işləri görərkən çaqqal ona hücum edib və ayaq nahiyəsindən xəsarət yetirib. Ucar Rayon Mərkəzi xəstəxanasından APA-ya verilən məlumata görə, M. Qasımova quduzluğa qarşı vaksin vurulub və o, evə buraxılıb.
 
Qeyd edək ki, oxşar hadisə həmin kənddə 3 gün əvvəl baş verib. Caqqal kənd sakini, 42 yaşlı Qurbanov Xudayar Həsən oğluna hücum edərək xəsarət yetirib.
 





17.07.2014    çap et  çap et