525.Az

Diplomatlarla bağlı qərar qəbul edilib


 

Diplomatlarla bağlı qərar qəbul edilib<b style="color:red"></b> Baş nazir Artur Rasizadə diplomatlarla bağlı qərar verib.

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərar xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycana diplomatik missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələrinin təsdiq edilməsi barədədir.
 
Baş nazirin imzaladığı qərarla yuxarıda qeyd edilən diplomatlara və nümayəndə heyətlərinin üzvlərinin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiq edilib.
 
A.Rəsizadənin imzaladığı bu qərar 30 gündən sonra qüvvəyə minəcək.
 





18.07.2014    çap et  çap et