525.Az

Ulu öndərə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib


 

Ulu öndərə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib<b style="color:red"></b>

N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının və YAP Kürdəmir rayon təşkilatının birgə təşəbbüsü və təşkilatçılığı ilə yazıçı-publisist, hüquqşünas Əlisəfa Azayevin Ümummilli liderimiz, dahi şəxsiyyət H.Əliyevin həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs edən “Qarlı zirvə” kitabının təqdimat mətasimi keçirilib. Təqdimat mərasimində rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

525.az xəbər verir ki, tədbirdə öncə Ümummilli liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini giriş sözü ilə açan muzeyin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı bildirib ki, yazıçı-publisist Əlisəfa Azayev yaradıcılığının böyük hissəsini tanıdığı, həyatda müşahidə etdiyi və birbaşa iştirakçısı olduğu adamlara, hadisələrə, mövzulara söykənərək oxucuya təqdim edir. Böyük həyat təcrübəsi olan müəllifin son illərdə daha çox müraciət etdiyi mövzuların önündə şəhidlərimiz, milli qəhrəmanlarımız, eləcə də tanınmış ictimai-siyasi xadimlərimiz, ziyalılarımızla  bağlı əsərlər əksəriyyət təşkil edir. Müəllifin Ümummmili liderimiz, Azərbaycanın xilaskarı, Ulu öndər Heydər Əliyevə, onun həyatı, ictimai-siyasi fəaliyyəti, xüsusilə Moskva-Naxçıvan-Bakı şəhərlərində  bir dövlət xadimi kimi, bir şəxsiyyət kimi gördüyü işlər tarixi faktlara söykənməklə bədiiləşdirdiyi “Qarlı zirvə” romanı bu qəbildəndir.

Oxucu Vaqif Alıyev çıxışında müəllif Əlisəfa Azayevin bilavasitə şahidi olduğu, həmçinin araşdırıb topladığı materiallar əsasında bu romanı qələmə almasını, əsərini oxucu qarşısına Azərbaycanın müstəqillik qazandığı o çətin qovğalı-qadalı tarixini olduğu kimi əks etdirən roman kimi çıxardığını qeyd edib.

Təqdimat mərasimində çıxış edən şair Abduləziz Xanəhmədoğlu, jurnalist Tofiq Abdullayev, oxucular Namiq Ağayev, Dürriyə Seyidova  “Qarlı zirvə” romanı haqqında fikir və mülahizələrini oxucularla bölüşüblər.

Tədbirdə “Qarlı zirvə romanından bir parça səsləndirilib.

YAP Kürdəmir təşkilatının sədri Ayaz Cəbrayılov yazıçı Əlisəfa Azayevin yaradıcılığını qiymətləndirdiyini və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində belə dəyərli sənədli roman yazıb ərsəyə gətirdiyinə görə müəllifə təşəkkürünü bildirib və müəllifə YAP Kürdəmir rayon təşkilatının Fəxri Fərmanını təqdim edib.

Təqdimat mərasiminin sonunda müəllif Əlisəfa Azayev ilin əvvəlində “Maarif” nəşriyyatında yüksək  nəşriyyat poliqrafiya üsulunda çap olunmuş bu kitabının dövlət səviyyəsində qeyd etdiyimiz “Heydər Əliyevin ili”ndə Ulu öndərə və onu sevən, qəlbində əbədi yaşadan oxuculara müəlllifin dəyərli söz hədiyyəsi olacağına ümid etdiyini vurğulayıb. Müəllif, eyni zamanda onun əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.

 





18.04.2023    çap et  çap et