525.Az

"Neftçi" "Koper"ə məğlub oldu


 

"Neftçi" "Koper"ə məğlub oldu<b style="color:red"></b>

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi “Neftçi” də məhz bu mərhələdən mübarizəyə qoşulub.

Böyükağa Hacıyevin komandası öz meydanında Sloveniyanın “Koper” klubunu qəbul edib. Bu görüşdə "Neftçi" 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftədən sonra Sloveniyada oynanılacaq.

 





18.07.2014    çap et  çap et