Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfərə gedib.
525.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.
çap et