"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov istefa verib.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Avropa Liqasının ikinci təsnifat mərhələsində "Koper"ə məğlub (1:2) olduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Xatırladaq ki, T.Süleymanov bu ilin aprel ayında da istefa vermiş, ancaq klub rəhbərliyi onun istefa ərizəsini qəbul etməmişdi.
çap et