525.Az

FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi həbs olunub


 

FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi həbs olunub<b style="color:red"></b>

Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Türkiyəyə gətirilən FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun həbs olunub.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, Mehmet Cintosun bu gün məhkəmə qarşısına çıxarılıb.

Xatırladaq ki, M. Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

Cintosun, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı il 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.

 





18.04.2023    çap et  çap et