525.Az

Mükafat qazanan foto süni intellekt tərəfindən hazırlanıbmış


 

Mükafat qazanan foto süni intellekt tərəfindən hazırlanıbmış<b style="color:red"></b>

Boris Eldaqsen süni intellektlə yaradılmış foto ilə "Sony World Photography Awards" mükafatını qazanıb. Mükafatdan imtina edərək, fotonu süni intellekt müzakirəsinə diqqət çəkmək üçün hazırladığını izah edib. 

525.az xarici mediaya istinadən xəbər verir ki, alman rəssam Boris Eldaqsen "Sony World Photography Awards"da qazandığı kreativ kateqoriya mükafatını qəbul etməyəcəyini açıqlayıb. Qalib gələn fotoda müxtəlif nəsillərdən olan iki qadın ağ-qara rəngdə təsvir edilib. Lakin bu, orijinal foto deyil, süni intellektin yaratdığı foto olub. 

Mainz İncəsənət Akademiyasında fotoqrafiya və təsviri sənətlər üzrə təhsil alan Eldaqsen öz internet səhifəsində süni intellekt şəkilləri üçün müsabiqələrin hazırlana biləcəyini öyrənmək üçün təcrübə apardığını bildirib. 

Eldaqsen: "Fotoqrafiya dünyasının açıq müzakirəyə ehtiyacı var. Biz nəyi fotoşəkil kimi qəbul etmək istədiyimizi və nəyi qəbul etmədiyimizi müzakirə etməliyik. Fotoqrafiya süni intellekt şəkillərini qəbul edəcək qədər genişdirmi? Mükafatı rədd etməklə bu müzakirəni sürətləndirməyə ümid edirəm”, - ifadələrini işlədib. Onun sözlərinə görə, bu, “tarixi an”dır, çünki bu, süni intellektlə işləyən təsvirin nüfuzlu beynəlxalq fotoqrafiya müsabiqəsində ilk dəfə qalib olmasıdır: “Süni intellektin təsviri və fotoqrafiya belə bir mükafat üçün bir-biri ilə rəqabət aparmamalıdır. Onlar fərqli varlıqlardır. Süni intellekt fotoqrafiya deyil. Ona görə də mükafatı qəbul etməyəcəyəm”, - Eldaqsen qeyd edib.

Malik Atilay

 





18.04.2023    çap et  çap et