525.Az

İsrailin xarici işlər naziri Bakıda yəhudi icmasının üzvləri ilə görüşüb


 

İsrailin xarici işlər naziri Bakıda yəhudi icmasının üzvləri ilə görüşüb <b style="color:red"></b>

“Bu gün mən Azərbaycanın paytaxtı Bakıda sinaqoqda oldum, yəhudi icmasının üzvləri ilə görüşdüm”.

525.az-ın xəbərinə görə, bunu İsrailin xarici işlər naziri Eli Kohen Tviter hesabında bildirib.

“Azərbaycan yəhudi icmalarına həmişə hörmətlə yanaşan ölkədir və xalqlarımız arasında əlaqə dərindir. Münasibətlərdə yeni mərhələnin rəmzi olan Azərbaycanın İsraildə səfirliyinin açılmasından məmnunam və icma üzvlərinə İsrailin hər zaman onların evi olacağını söylədim” – diplomat qeyd edib.

 





18.04.2023    çap et  çap et