525.Az

13 yaşlı yeniyetmə "TikTok"un qurbanı olub


 

13 yaşlı yeniyetmə "TikTok"un qurbanı olub<b style="color:red"></b>

ABŞ-nin Ohayo ştatında 13 yaşlı Ceykob Stivens "TikTok"da "Benadryl Challenge" adlı çağırışı yerinə yetirmək üçün həddindən artıq dozada dərman qəbul edərək dünyasını dəyişib. 

525.az NDTV-nin xəbərinə əsasən bildirir ki, hadisədən dərhal sonra xəstəxanaya aparılaraq süni nəfəs aparatına bağlanılan Stivens bütün müdaxilələrə baxmayaraq 6 gündən sonra həyatını itirib. 

Stevens "TikTok"da hallüsinasiyalara səbəb olan "Benadryl Challenge" adlı antihistamin tərkibli anti-allergik dərmanların həddindən artıq dozası səbəbindən ölüb. Həyatını itirən gəncin atası Castin Stivens oğlunun həmin gün evdə dostları ilə olduğunu deyib. Stivensin nənəsi: "Bundan sonra başqa bir uşağın da eyni şeyi yaşamaması üçün əlimdən gələni edəcəyəm", - deyib. 

Yeniyetmənin ailəsi Benadryl kimi dərmanların alınmasını yaşla məhdudlaşdırmaq üçün konqresə təzyiq etməyə çalışır. Stivensin dostu tərəfindən paylaşılan videoda 13 yaşlı yeniyetmənin sosial mediada çağırışını yerinə yetirdikdən sonra qıcolmaya başladığı görünür.

Malik Atilay

 





19.04.2023    çap et  çap et