525.Az

Almaniyada bir türk 100 metrlik küçəni alıb


 

Almaniyada bir türk 100 metrlik küçəni alıb<b style="color:red"></b>

Almaniyanın Rhineland Pflaz əyalətində yerləşən Zweibrücken qəsəbəsində Yıldırım Sevindik adlı Türkiyə vətəndaşı şəxsi mülk kimi görünən 100 metrlik küçəni 2500 avroya alıb.

525.az Avropa KİV-ə istinadən xəbər verir ki, Yıldırım Sevindik adlı Türkiyə vətəndaşı küçədə evi olan ev sahiblərinə məktub göndərərək evlərinin giriş hissəsini ondan almaqlarını istəyib.

O, açıqlamasında sözügedən küçəni 2022-ci ilin iyul ayında auksion yolu ilə aldığını və küçədəki evlərin giriş və park kimi istifadə edilən hissələrinin ona məxsus olduğunu bildirib. 

Sevindik həmçinin qeyd edib ki, sahibləri küçənin müvafiq hissələrini ondan almasalar, ona məxsus olan yerləri bağlayacaq.

Malik Atilay

 





19.04.2023    çap et  çap et