525.Az

Əri ilə dalaşan 32 yaşlı qadın məktub yazaraq itkin düşüb


 

Əri ilə dalaşan 32 yaşlı qadın məktub yazaraq itkin düşüb<b style="color:red"></b>

Bakıda 32 yaşlı qadın itkin düşüb.

525.az APA-ya istinadən xəbər verir ki, Nizami rayonu, NZS qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Xəyalə Şamilova yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırmalarla qadının həyat yoldaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yarandığı məlum olub. Bundan sonra qadın kağız parçalarına özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyi məzmununda yazı yazıb, kağızı evə qoymaqla yaşadığı ünvanı naməlum istiqamətdə tərk edib, bir daha geri qayıtmayıb.

Hazırda Xəyalə Şamilovanın olduğu yerin müəyyən edilməsi istiqamətində Nizami RPİ-nin 23-cü PB-də axtarış tədbirləri davam etdirilir.

 





19.04.2023    çap et  çap et