525.Az

Qadının evinə basqın olub, pulu götürülüb


 

Qadının evinə basqın olub, pulu götürülüb<b style="color:red"></b>

Bakıda qadının evinə basqın edilib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu İlqar İsmayılov küçəsində qeydə alınıb.

Məmmədova Səliqə Əli qızı DİN-nin "102" xidmətinə məlumat verərək, həmin gün saat 01 radələrində naməlum şəxsin onun kirayə yaşadığı mənzilə daxil olaraq qışqırmaması üçün ağzını tutduğunu, 100 manat pulunu və təqaüd kartını götürərək getdiyini bildirib.

Faktla bağlı Nəsimi RPİ-nin 21-ci PB-də Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 





19.04.2023    çap et  çap et