525.Az

Tarixdə ən dəhşətli təyyarə qəzaları - Siyahı


 

Tarixdə ən dəhşətli təyyarə qəzaları -<b style="color:red"> Siyahı</b> Dünən Ukraynada raketlə vurularaq endirilən Malayziya Hava Yollarına məxsus “Boeing” markalı sərnişin təyyarəsində 305 nəfər həlak oldu. Bu olay dünyanı sarsıtdı və tarixdə baş vermiş ən dəhşətli təyyarə qəzalarını xatırlamağımıza səbəb oldu.
 
Lent.az-ın verdiyi məlumata görə, tarixdəki ən dəhşətli təyyarə qəzası 1977-ci ildə İspaniyanın Tenerife şəhərində baş verib. Burada “KLM Boinq-747” təyyarəsi qəzaya uğrayıb və nəticədə 583 nəfər ölüb.
 
- Yaponiya Hava Yollarına məxsus “Boeing 747SR” təyyarəsinin düşdüyü qəzada isə 15-i ekipaj üzvü olmaqla 520 nəfər ölüb. Hadisədən cəmi 4 nəfər xilas ola  bilib. 1985-ci ilin avqustunda baş vermiş qəzaya səbəb təyyarənin şaquli quyruğunun bir hissəsinin qopması olub. Pilotların səyinə baxmayaraq, hava gəmisi Takamagahara dağına düşüb.
 
- 1996-cı ilin noyabrında Hindistanın paytaxtı Yeni Dehlidə iki ölkəyə məxsus təyyarənin toqquşması da yüzlərlə insanın ölümünə səbəb olub. Belə ki Səudiyyə Ərəbistanına məxsus təyyarə ilə Qazaxıstana məxsus təyyarənin toqquşması ümumilikdə 349 nəfər (312 səudiyyəli, 37 nəfər qazax) həyatını itirib.          
 
- Türk Hava Yolların məxsus təyyarə 1974–cü ildə Parisdə qəzaya uğrayıb. Qəza nəticədə
346 nəfər ölüb.
 
- Hindistan təyyarə qəzası baxımından bəxti gətirməyən ölkələrdəndir. Bu ölkənin hava yollarına məxsus hava gəmisi 1985-ci il iyunun 23-də İrlandiyanın hava məkanında partlayıb. Hadisə səbəb terrorçuların təyyarəyə yerləşdirdiyi bombanın partlaması olub.
Qeyd olunan təyyarə parçalanaraq Atlantik okeanına düşüb. Qəza nəticəsində 329 nəfər həyatını itirib.
 
Bundan başqa Səudiyyə Ərəbistana məxsus təyyarənin qəza uğraması (1980) 301 nəfərin ölümünə, İrana məxsus təyyarənin qəza uğraması (1988) 66-sı uşaq olmaqla 290 nəfərin ölümünə, ABŞ-a məxsus təyyarənin qəza uğraması (1979) 273 nəfərin ölümünə, Panamaya məxsus təyyarənin qəza uğraması (1988) nəticəsində isə 275 nəfər həlak olub.
 





18.07.2014    çap et  çap et