525.Az

Bu gün Bakıdan Ukraynaya təyyarə uçacaq


 

Bu gün Bakıdan Ukraynaya təyyarə uçacaq<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün Ukraynanın paytaxtı Kiyevə aviareys yerinə yetirəcək.

Bunu “APA-Economics”ə açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
 
AZAL-ın təyyarələrinin Azərbaycandan Ukraynaya reysləri Rusiya ərazisi üzərindən həyata keçirməsinə gəlincə, M. Səfərli bu barədə məlumata malik olmadığını söyləyib.
 
Xatırladaq ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus, Amsterdam-Kuala-Lumpur marşrutu üzrə uçan "Boeing-777" tipli sərnişin təyyarəsi vurulub. Ukrayna dövləti təyyarənin ölkənin şərqində fəaliyyət göstərən Rusiyayönümlü terrorçular tərəfindən vurulduğunu bildirib.

 





18.07.2014    çap et  çap et