Bakı şəhərində yol qəzası baş verib.
Paytaxtın Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Buzovna qəsəbəsində qeydə alınıb.
1976-cı il təvəllüdlü Vüqar Ağamehdi oğlu Hacıyevin idarə etdiyi 10 CD 468 dövlət nömrə nişanlı, 107 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1994-cü il təvəllüdlü Elməddin Şahnəzər oğlu Vəliyevin idarə etdiyi 10 CP 476 “Kamaz” markalı yük avtomobili ilə toqquşub.
Qəza zamanı sərnişin avtobusunda olan 1993-cü il təvəllüdlü Fərhad Şahid oğlu Səfərov xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
çap et