525.Az

Azərbaycanda Kino forumu başlayıb


 

Azərbaycanda Kino forumu başlayıb<b style="color:red"></b>

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumu başlayıb.

525.az xəbər verir ki, forumda ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edir.

İki gün davam edəcək forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq.

 





20.04.2023    çap et  çap et