525.Az

"Milli kinomuzun inkişafında Ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır"


 

"Milli kinomuzun inkişafında Ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır"<b style="color:red"></b>

"Bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində mədəniyyətin digər sahələrinə də aid forumlar keçiriləcək".

525.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, milli kinomuzun inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır:

"Sovetlər birliyi dağılandan sonra kino sahəsində müəyyən durğunluq yaranmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə bir çox irəliləyişlər baş verdi. Ulu öndərin sayəsində kino sahəsində olan bəzi haqsızlıqlara son qoyuldu. Bu gün cəmiyyətdə milli ideologiyanın təbliğində misilsiz xidmətləri olan kino sənətinə dövlət başçısı İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir".

Qeyd edək ki, forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

 





20.04.2023    çap et  çap et