Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müxalifətin hakimiyyətə gələcəyi təqdirdə müharibə olacağını proqnozlaşdırıb.
525.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
XİN rəhbəri vurğulayıb ki, ölkənin hazırkı rəhbərliyi Ukrayna böhranı ilə bağlı balanslaşdırılmış siyasət aparır. “Ancaq “müəyyən tərəfi tutacağıq, tarazlığı pozacağıq” deyənlər hakimiyyətə gəlsələr, Allah eləməsin, ölkəni müharibəyə sürükləyəcəklər”, - Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, Türkiyə münaqişədə heç bir tərəfi dəstəkləməməlidir.
Qeyd edək ki, bundan əvvəl Çavuşoğlu artıq Türkiyə müxalifətinin Ukrayna münaqişəsi ilə bağlı mövqe müəyyənləşdirmək çağırışlarından narahatlığını bildirərək, onları riskli adlandırmışdı. O bildirib ki, Türkiyə NATO-ya üzv ölkələr arasında münaqişənin hər iki tərəfi ilə təmasda olmaq imkanına malik yeganə ölkədir.
Havar Şəfiyeva
çap et