Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
“Media forum” saytı bildirir ki, Şura sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimlər barədə intizam icraatlarına baxılıb. Rəsmi məlumata görə, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyi və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğu üçün Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
Yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Qasımova və Kəpəz Rayon Məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiklərinə görə 6 digər hakim barədə intizam icraatı başlanıb.
çap et