525.Az

Rusiya "Vikipediya"nı 1,5 milyon rubl cərimələyib


 

Rusiya "Vikipediya"nı 1,5 milyon rubl cərimələyib<b style="color:red"></b>

"Vikipediya"dakı Rusiya ilə bağlı saxta məlumatları silmədiyinə görə platformanın sahibi olan "Vikimedia" Fondu 1,5 milyon rubl cərimələnib.

525.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) "Vikimedia" Fonduna qarşı qaldırdığı iddiaya paytaxt Moskva məhkəməsində baxılıb. Məhkəmə Ukraynadakı münaqişə ilə bağlı yalan məlumatı silmədiyinə görə "Vikimedia" Fondunu 1,5 milyon rubl cərimələyib. "Vikipediya" isə sözügedən məlumatların açıq mənbələrdən və beynəlxalq təşkilatlardan götürüldüyünü iddia edib.

Qeyd edək ki, Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri naziri Maksut Şadayev "Vikipediya"ya qadağa qoymağı hələ planlaşdırmadıqlarını bildirib.

Məhəmməd Tağıyev

 





21.04.2023    çap et  çap et