525.Az

UEFA Xabi Alonsonu cəzalandırdı


 

UEFA Xabi Alonsonu cəzalandırdı<b style="color:red"></b>

UEFA "Real"ın futbolçusu Xabi Alonsoya bir oyunluq cəzalandırıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna təcrübəli yarımmüdafiəçinin ötən mövsüm Çempionlar Liqasının finalında "Atletiko" ilə matçda (4:1) "Real"ın ikinci qolundan sonra meydana daxil olması səbəb olub.

Həmin görüşdə X.Alonso cəzalı olduğu üçün matçda iştirak etməyib və Qaret Beylin vurduğu qoldan sonra komanda yoldaşları ilə birgə qol sevincini yaşayıb. Alonso bu hərəkətin görə UEFA Superkubokunun finalında "Sevilya" ilə oyunda iştirak edə bilməyəcək.

 





18.07.2014    çap et  çap et