525.Az

Azərbaycan filmlərinin ƏDV-dən azad olunması ilə bağlı təkliflər verilib


 

Azərbaycan filmlərinin ƏDV-dən azad olunması ilə bağlı təkliflər verilib<b style="color:red"></b>

Müəyyən müddətlik Azərbaycan filmləri əlavə dəyər vergisindən azad olunsa yaxşı olardı.

525.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində "CinemaPlus" Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib.

"Bizim kino sahəsində qarşılaşdığımız əsas problemlərdən biri də vergi məsələsidir. Buna görə, müəyyən müddətlik Azərbaycan filmləri əlavə dəyər vergisindən azad olunsa, yaxşı olardı. Bu barədə öz təkliflərimizi də vermişik", - deyə o qeyd edib.

 





21.04.2023    çap et  çap et