525.Az

Gəncədə gənc rəssamların sərgisi açılıb


 

Gəncədə gənc rəssamların sərgisi açılıb<b style="color:red"></b>

Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində "Baku Creative Center"in təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi "Nar Mobile" mobil operatorunun baş sponsorluğu ilə reallaşdırılan "Azerbaijan Art Festival-2014" layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunur.

Regionlarda müasir incəsənət anlayışının aşılanması məqsədilə iyulun 1-dən başlanan festival bundan əvvəl Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə Goranboyda reallaşıb.

Tamaşaçılar Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fərqanə Əliyeva, Vüsalə Ağaraziyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli başqa gənc rəssamların əsərlərini maraqla izləyiblər. Sərgidə gənc sənətçilər ustad dərslər keçir, öz qabiliyyətlərini nümayiş etdirirlər.

S.ABDULLAYEVA

 





18.07.2014    çap et  çap et