Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşasına ictimai baxış keçirilib. Teatrın mətbuat xidmətindən "525"ə verilən məlumata görə, Azərbaycan xalq nağılı "Qoğalın sərgüzəştləri" əsasında Pərvin Nurəliyevanın səhnələşdirdiyi müzikl nənənin bişirdiyi qoğalın başına gələn maraqlı əhvalatlardan bəhs edir. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir. Tamaşada əsas rolları Günel Məmmədova, Roza İbadova, Anar Seyfullayev, Ramil Məmmədov və başqaları canlandırıblar. Qeyd edək ki, teatrın yeni 87-ci mövsümünün ilk tamaşası da "Qoğalın sərgüzəştləri" müziklı olacaq. Yeni tamaşanın premyerası oktyabrın 11-12-də baş tutacaq.
S. ABDULLAYEVA
çap et